Azərbaycanda basketbol çempionatı koronavirusa görə dayandırıldı

İDMAN 03 mar 2020, 14:56

Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb. 

 

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının saytında məlumat yayılıb.

 

Bildirilib ki, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatına uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

 

Federasiyasının qərarına əsasən, kişilər arasında Superliqanın bu gün və martın 5-də keçirilməli olan XXI turunun matçları təxirə salınıb. Qarşılaşmaların təşkili vaxtı hələ dəqiqləşməyib.

Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb. 

 

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının saytında məlumat yayılıb.

 

Bildirilib ki, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatına uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

 

Federasiyasının qərarına əsasən, kişilər arasında Superliqanın bu gün və martın 5-də keçirilməli olan XXI turunun matçları təxirə salınıb. Qarşılaşmaların təşkili vaxtı hələ dəqiqləşməyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top