AFFA prezidenti Millətlər Liqasının püşkatma mərasiminə qatılacaq

İDMAN 03 mar 2020, 15:02

AFFA-nın prezidenti Rövnəq Abdullayev Niderlandın paytaxtı Amsterdamda UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümünün püşkatma mərasiminə qatılacaq. 

 

Demokrat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə həmçinin icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov iştirak edəcəklər.

 

Püşkatma mərasimi yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top