Azərbaycan Gimnastika Federasiyası yenidən lider oldu

İDMAN 03 mar 2020, 12:18

Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan Federasiyaların" siyahısında yenidən birincidir.


Bu barədə Demokrat.az-a Federasiyanın mətbuat xidmətindən məlumat verilib.


2019-cu ilin nəticələrinə əsasən AGF bir daha digər federasiyalardan fərqlənərək birinciliyi əldən verməyib.


Ötən il federasiya tərəfindən gimnastikanın 3 növü üzrə Dünya Kuboku, bədii gimnastika üzrə Dünya Çempionatı, FIG Akademiyasının kişi idman, batut və aerobika gimnastikası üzrə məşqçilik kursları, beynəlxalq yarışlar və digər tədbirlərin yüksək səviyyədə təşkili, həmçinin FIG-nin tanıdığı gimnastikanın 7 yarış növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı FIG tərəfindən bu dəfə də yüksək dəyərləndirilib.


Özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2002-ci ildən rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, 2017 və 2018-ci illərdə isə ilk pillədə qərarlaşıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top