Taekvondo üzrə Bakı şəhər Açıq Birinciliyində qaliblər müəyyənləşdi — VİDEO

İDMAN 02 mar 2020, 18:35

26 fevral Xocalı soyqırımına həsr olunmuş taekvondo üzrə Bakı şəhər Açıq Birinciliyi başa çatdı.


Demokrat.az xəbər portalının media dəstəyi ilə düzənlənən yarış gərgin mübarizə şəraiti ilə yadda qaldı. 


Abşeron Olimpiya İdman Kompleksində keçirilən və üç gün davam edən paytaxt birinciliyinə Rusiya və Gürcüstandan, eləcə də respublikamızın ayrı-ayrı şəhər və rayonlarından 650-yə qədər idmançı qatıldı. 

 
Yüksək təşkilatçılığı ilə seçilən yarışda uşaq, yeniyetmə və gənc taekvondoçular öz qüvvələrini sınadı. 


Mübarizənin sonunda komanda hesabında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) birinciliyin qalibi olub. İlk üçlüyü Ağcabədinin "Rizvan" taekvondo klubu və Tovuz rayonunu təmsil edən komanda tamamlayıb. IV və V yerləri isə müvafiq olaraq "Xəzər" taekvondo klubu ilə "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt filialı tutub. 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top