“Lotos” Ticarət Mərkəzinin yaxınlığında güclü yanğın — VİDEO

HADİSƏ 28 fev 2020, 17:35

Bakıda avtoyuma məntəqəsində yanğın baş verib.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a bildirilib.

 

Verilən məlumata görə, hadisə Nizami rayonunda, "Lotos” Ticarət Mərkəzinin arxasında yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.

 

Ümumi sahəsi 40 m² olan avtoyuma məntəqəsinin damının taxta atmaları və içərisində olan əşyalar 10 m² sahədə yanıb.

 

Avtoyuma məntəqəsinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə şahidlər yanğının görüntülərini BAKU.WS-in "qaynar xətt"inə göndəriblər. Həmin görüntüləri təqdim edirik.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top