Lavrov Türkiyəyə başsağlığı verdi

SİYASƏT 28 fev 2020, 18:31

Rusiya xarici işlər naziri Sergey Lavrov İdlibdə 33 türk əsgərinin şəhid olmasıyla əlaqədar Türkiyəyə başsağlığı verib.


Demokrat.az xəbər verir ki, Rusiya rəsmisi məsələylə bağlı Türkiyə ilə görüşə hazır olduqlarını bildirib. 


Nazir eyni zamanda vurğulayıb ki, Türkiyənin NATO-ya müraciət etməsi onun hüququdur:


"İdlib məsələsində Ərdoğan və Putin arasındakı razılaşmaya sadiqik. Terroristlərlə konstruktik müxaliflərin bir-birindən ayrılması ortaq hədəfimizdir. Bu məqsədə çatmaq üçün nə edəcəyimizi müəyyənləşdirmək əsas vəzifəmiz olmalıdır. Türk ordusu ilə təmaslar hər gün davam edir. Dünənki kordinasiya məlumatları artıq Suriya ordusuna çatdırılıb. Baş verənlər İdlib razılaşmasının bizim tərəfimizdən pozulması deyil. Türkiyəyə başsağlığı diləklərimizi çatdırırıq. İdlibdə gərginliyi azaltmaq və bölgədə olan türk əsgərlərinin təhlükəsizliyi üçün işlərimizi davam etdirəcəyik. NATO-nun iclasını tələb etmək Türkiyənin haqqıdır. Lakin İdlib hadisələri yalnız NATO çərçivəsində qiymətləndirilə bilməz. Rusiya və Türkiyə nümayəndə heyətləri görüşlərini bu gün də davam etdirəcəklər. Aşılmaz maneələrin olduğunu düşünmürəm. İdlib ətrafında yaranmış vəziyyəti müzakirə etməyə hazırıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top