Rusiyadan Türkiyənin 33 şəhid verdiyi hücumla bağlı ilk AÇIQLAMA

GÜNDƏM 28 fev 2020, 15:21

Rusiya İdlibdə 33 türk əsgərinin şəhid olması ilə bağlı açıqlama yayıb.


Demokrat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada hava hücumu zamanı Rusiya təyyarələrinin iştirak etmədiyi qeyd edilib. 


Rəsmi açıqlamada bildirilib ki, Rusiya tərəfi atəşkəsin davam etdirilməsi üçün əlindən gələni edib.


Qeyd edək ki, ötən gün axşam saatlarında Türkiyə Silahlı Qüvvələrinin hərbi konvoyuna edilən hava hücumu nəticəsin 33 türk əsgəri şəhid olub. 


Hücumdan dərhal sonra diqqətlər Rusiyaya yönəldi. Rusiya tərəfi isə hücum haqqında ilk açıqlamasında “Türkiyə əsgərləri Əsəd rejimi qırıcıları tərəfindən vuruldu” deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top