Bakıdan Gürcüstana qayıdan şəxslər karantinə alındı

GÜNDƏM 28 fev 2020, 12:29

Gürcüstanın Qafqaz Universitetinin ötən gün Tbilisiyə qayıdan nümayəndə heyəti iki həftəlik karantinə alınıb.


Demokrat.az xəbər verir ki, bu barədə ali məktəbin yaydığı məlumatda bildirilib.


Məlumata əsasən, 15 nəfərlik nümayəndə heyəti İrandan Tbilisiyə Bakı vasitəsilə qayıdıb.


Həmin şəxslər hava limanında müvafiq yoxlamadan keçirilib və infeksiyasının hər hansı bir əlaməti aşkarlanmayıb. Buna baxmayaraq, nümayəndə heyətinin beş üzvü xəstəxana, 10 üzvü isə öz evlərində karantində saxlanılacaq. Onlar 14 gün ərzində tibbi nəzarətdə olacaq.
(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top