“Mitinqə getməyin, virusa yoluxa bilərsiz!" — Qüdrət Həsənquliyevdən ÇAĞIRIŞ

GÜNDƏM 28 fev 2020, 11:47

"Son günlər dünyada koronovirusun geniş yayılması müşahidə olunur. Xüsusilə qonşu İranda bu virusun yayılması xalqımız tərəfindən böyük narahatlıqla qarşılanmaqdadır. Təsadüfi deyil ki, Dünya Səhiyyə Təşkilatı istisnasız olaraq bütün dövlətləri xəbardarlıq edib ki, virusun yayılmasının qarşısını almaq üçün ciddi profilaktik tədbirlər görsünlər. Artıq bir çox ölkələrdə kütləvi idman tədbirləri qadağan olunub.Təxirə salınması mümkün olmayan yarışlar idman meydançalarında tamaşaçısız  keçirilir. Cümə namazının məscidlərdə qılınması, hətta dindarların islamın müqəddəs yerlərinə ziyarəti qadağan olunub. Belə bir vaxtda yalnız düşmən ermənilər Azərbaycanda mitinq keçirilməsini arzulaya bilər".


Demokrat.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib. 


O vurğulayıb ki, onların da ağıllıları bunu arzulamaz, çünki qonşu ölkəyik və virus ora da sıçraya bilər: "Əli Kərimli 19 oktyabrda başından zərbə almışdı və dediyinə görə polisin “vanna otağında” böyük stress yaşayıb. 


Zərbəni necə və harada alması başqa söhbətin mövzusudur.


Amma görünəm odur ki, bu mitinqin təyin olunması ya həmin zərbənin nəticəsidir, ya da yeni sifarişdir. Çünki bu adamlar neçə gündür hökumətə qarşı sərt təbliğat kompaniyası aparırlar ki, niyə sərhədlər bağlanmır, məktəblərdə dərslər dayandırılmır, niyə apteklərdə kifayət qədər qoruyucu maskalar yoxdur və s.


Bütün bunlar, o cümlədən onun AXC-nin son yadigarı olan Gözəlini itirib şizofrenniki müttəfiq seçməsi də göstərir ki, bu adam artıq tam mənada ciddiliyini və məsuliyyət hissini itirib.


Bunun sifariş olma ehtimalını onunla əsaslandırmaq olar ki, seçkilər zamanı mafioz qüvvələr tərəfindən seçkinin üzərinə kölgə salmaq məqsədilə çoxlu təxribatçı namizədlər irəli sürülmüş və yaxşı maliyyələşdirilmişdilər.


Onlar hətta çoxlu sayda seçki komissiyalarının üzvlərini də ələ almışdılar ki, pozuntu yaradıb sonra da aşkarlamağa yardım etsinlər.


Bu pozucu fəaliyyətə bəzi icra nümayəndələri də cəlb olunmuşdu.


Bunu müəyyən videogörüntülərə baxdıqda  asanlıqla müşahidə etmək olar. Ona görə də bu faktların araşdırılacağından narahat olduqları üçün mitinq sifarişi verilə bilərlər. Bu nadürüst yaramazlar,  inanın ki, siyasi məqsədləri naminə virusun ölkəmizdə yayılmasında da maraqlı ola bilərlər.


Ona görə də ölkədə kütləvi tədbirlər qadağan olunmalıdır. Mitinqdə bir virus daşıyıcısı minlərlə insanı yoluxdura bilər. İnsanlar müəyyən şüarlar səsləndirərkən ağız suyu damcıları metrlərlə məsafəyə yayılır".(Unikal.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top