Bakıdan Belarusa gedən şəxsdə koronavirus aşkarlandı

HADİSƏ 28 fev 2020, 11:00

Dünyanın daha iki ölkəsində koronavirusa yoluxma faktı qeydə alınıb.


Demokrat.az "Report"a istinadən xəbər verir ki, Belarus və Meksikada koronavirus infeksiyası aşkarlanıb.


Belarus Səhiyyə Nazirliyinin açıqlamasına görə, koronavirus daşıyıcısı İranlı tələbədir. O, Belarusa Bakıdan uçub.


Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top