Müxalifətçi namizəddən Siyavuş Novruzovun təxribat iddiasına DƏSTƏK

SİYASƏT 28 fev 2020, 10:34

Nəticələri ləğv edilmiş dairələrin söhbəti bitmir


Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzovun APA-ya müsahibəsində 9 fevralda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı açıqlamalar verib. O, bildirib ki, bu seçkilər digərlərindən kifayət qədər fərqli idi.

 

Birinci dəfə idi ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilirdi. Seçki prosesi dedikdə, burada həm iştirakçıların sayı, həm ictimai-siyasi mühit, həm qanunvericilik hər bir vətəndaşın öz namizədliyini irəli sürməsi üçün yaradılan demokratik şərait bütövlükdə ehtiva olunur. S.Novruzov deyib ki, YAP tərəfindən 20-dən artıq keçmiş deputat olmuş şəxsin namizədliyi irəli sürülmədi, onlar seçkidə iştirak etmədi: “Bundan başqa, icra strukturlarında vəzifəyə təyin olunanlar və s. şəxslər vardı ki, onların da yeri boş qalmışdı. Boş olan yerlərin sayı 12 idi. Eyni zamanda digər siyasi partiyalardan olan, bitərəf deputatlardan da bəziləri bu seçkilərdə namizədliyini irəli sürmədi. Səhhəti və yaşı ilə bağlı namizədliyini irəli sürməyənlər də oldu. Təxminən keçmiş parlamentdən 45 nəfərin namizədliyi bu dəfə irəli sürülmədi. Bu artıq parlamentin 30%-dən çox hissəsi deməkdir. Parlament o vaxt tam dəyişir ki, kataklizmlər, üsyanlar, çevrilişlər baş verir. Hətta onda belə keçmiş deputatlardan yeni parlamentdə təmsil olunanlar olur. Özünü doğruldan insanların yenidən namizədliyini irəli sürülməsi siyasi partiya tərəfindən məsləhət bilinirsə, həmin şəxslər bir daha namizədliyini irəli sürə bilərdi”.

 

“Mərkəzi Seçki Komissiyası 4 dairədə səsvermənin nəticələrin etibarsız sayıb. Bu dairələrdən ikisində YAP-ın irəli sürdüyü şəxslər lider namizəd idi - 33 saylı Xətai Birinci Seçki dairəsində Hüseynbala Mirələmov və 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən Hadi Rəcəbli.

 

Partiyanın buna münasibəti necədir? Sizcə, həmin dairələrdə səsvermənin nəticələri niyə ləğv edildi?” sualına S.Novruzov belə cavab verib: “Şikayətlər daxil oldu və MSK şikayətlər əsasında bu məsələni həll etdi. Şikayətlər obyektiv olanda dairə üzrə səsvermənin nəticələri ləğv edilir. Həmin dairələrdə maraqlı tərəf çox idi. Onlar da çalışırdılar ki, orda təxribat yaratsınlar. Buna da nail oldular. Araşdırmalar aparıldı və nəticə etibarı ilə dairələr ləğv olundu. Buna baxmayaraq, həmin şəxslərdən biri bizim rayon təşkilatının sədri, digər namizəd isə YAP Siyasi Şurasının üzvüdür. Onlar yenə də partiya fəaliyyətlərini davam etdirirlər”.

 

Siyavuş Novruzov 33 və 74 saylı dairələrdə təxribatların olduğunu və buna görə də nəticələrin ləğv edildiyini desə də təxribatları kimin, yaxud da hansı qüvvələrin həyata keçirdiyini söyləməyib, konkret adlar çəkməyib.

 

Əhəd Məmmədli ile ilgili görsel sonucu

 

33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd olmuş AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli isə məsələ barədə  açıqlamasında bildirdi ki, Siyavuş Novruzovun dairədə təxribatlar olduğu barədə dediyi həqiqətədir: “Siyavuş Novruzovun dediyinin əvvəli ilə razıyam. Bəli bütün dairələrdə olduğu kimi namizəd olduğum 33 saylı dairədə də təxribat oldu. Lakin yaxşı olardı ki, Siyavuş müəllim təxribatı konkret hansı qüvvənin və kimin tərəfdarlarının həyata keçirdiyini açıq söyləyərdi. Həmin dairədə təxribatların başında YAP-ın namizədi, onun adamları, ona işləyən komissiya üzvləri dayanırdı. Bu cür təxribatçıların, onların başında dayananların birinci təxribatı əslində YAP-ın sədri, prezident Əliyevə qarşı oldu. İlham Əliyev seçkidən əvvəl dəfələrlə gənclərə yol vermək lazımdır dedi. Həmin təxribatçılar isə bu mövqeyə qarşı addımlar atdılar. Xalq tərəfindən qəbul edilməyən deputatların əksəriyyətinin namizədliyini yenidən irəli sürülməsinin və qalib elan edilməsinin başqa adı yox idi. Xalq tərəfindən etirazla qarşılananlardan biri də 33 saylı dairədən YAP-ın namizədi, deputat Hüseynbala Mirələmov idi. 33 saylı dairədə məhz onun təxribatının qarşısını alaraq saxta qələbəsinin nəticələrini MSK ləğv etdi. Təəssüf ki əksər dairələrdə buna bənzər təxribatlar olsa da heç də hamısının qarşısı alınmadı-nəticələr ləğv edilmədi”. (Yeni Mesavat)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top