Bakı metrosunda işıq söndü — qatarlar tuneldə qaldı

HADİSƏ 27 fev 2020, 17:11

Bakı metrosunda qatarlar tuneldə qalıb.

 

Metroda yaranan problemə Bakının elektrik enerjisi təchizatında yaranan nasazlıq səbəb olub.

 

“Bakı Metroploliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli faktı oxu.az-a təsdiqləyib.

 

O bildirib ki, problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür:

 

“Metroda elektrik enerjisinin verilişində problem yaranıb, gərginlik səviyyəsi aşağı düşüb. Yəqin ki, problem bir neçə stansiyada müşahidə edilib. Hazırda dəqiqləşdirməyə çalışırıq.

 

İlkin məlumata görə, problem “Koroğlu” stansiyasından üzü “Həzi Aslanov” istiqamətinə hərəkət edən qatarlarda yaranıb.

 

Təxliyə məsələsi ilə bağlı yayılan məlumatlar əsassızdır. İctimaiyyətə əlavə məlumat veriləcək”.

 

Sosial şəbəkələrdə yazılır ki, qatarlar “Elmlər Akademiyası” metrostansiyasından “Gənclik” metrostansiyasına 20 dəqiqəyə gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top