Artur Rasi-zadə: “Cənab Prezident, arzu edirəm, Sizinlə növbəti görüşümüz Qarabağda olsun”

SİYASƏT 27 fev 2020, 21:08

“Cənab Prezident, mən Sizə cansağlığı, uzun ömür, uğurlar arzulayıram. Tam əminəm ki, respublikamızın mövqeyi gələcək illərdə həm daxildə, həm də xaricdə indikindən də yüksək olacaq. Mənə göstərdiyiniz diqqətə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Arzu edirəm ki, Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun. Mən buna tam inanıram”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq Baş Naziri Artur Rasi-zadə Prezident İlham Əliyevin ona “Vətənə xidmətə görə” ordenini təqdim edərkən deyib.

 

“Hamı bilir və istəyirəm ki, bu haqda mənim dilimdən bir daha eşitsinlər: Sizin Silahlı Qüvvələrə həmişə birinci növbədə diqqətiniz təbii ki, bizim döyüş qabiliyyətimizi dəfələrlə artırdı, dəfələrlə. Ümumiyyətlə, inkişafdan danışsaq, mən səhərə kimi danışa bilərəm. Siz özünüz çıxışınızda əsas məsələlərə toxundunuz. Mən bir daha Sizə dərin təşəkkürümü bildirirəm. Düşünürəm ki, “Vətənə xidmət”dən yüksək söz ola bilməz. Ona görə xahiş edirəm bir daha dərin təşəkkürümü qəbul edəsiniz. Sizə cansağlığı, uğurlar arzulayıram. Arzu edirəm ki, nə qədər qismət olsa, biz həmişə Sizin fəaliyyətinizdən və işlərinizdən şadlanaq. Mən tam əminəm ki, belə də olmalıdır. Bir daha çox sağ olun” – A.Rasi-zadə qeyd edib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top