Konstitusiya Məhkəməsi seçki protokolları ilə bağlı məlumat yaydı

GÜNDƏM 27 fev 2020, 20:27

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə bağlı protokolların baxılmasına münasibət bildirib.

 

Konstitusiya Məhkəməsindən Demokrat.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyalarının protokolları fevralın 26-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə daxil olub.

 

Konstitusiya Məhkəməsinin Plenumu müvafiq prosedurları həyata keçirməklə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi konstitusiya icraatında seçkilərin nəticələrinə dair qərar qəbul edəcək.

 

İşin Plenumun hansı tarixə təyin edilməsi barəsində kütləvi informasiya vasitələrinə əlavə olaraq rəsmi məlumat veriləcək.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top