Pənah Hüseyn Prezident Administrasiyasına çağırıldı

SİYASƏT 27 fev 2020, 18:54

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

 

Demokrat.az xəbər verir ki, bu barədə P.Hüseyn özünün “Facebook” səhifəsində qeyd edib.

 

O bildirib ki, bu gün Administrasiyanın binasında PA Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə bir neçə siyasi partiya ilə birgə siyasi partiya və dövlət münasibətləri, ofis və s. məsələlərlə əlaqədar əvvəllər etdikləri müraciətlə bağlı görüş olub.

 

AXP sədri görüşün təfərrüatını açıqlamayıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top