İstefaya buraxılan generallar bu yüksək vəzifədə idilər

SOSİAL 27 fev 2020, 17:36

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə istefaya buraxılan hərbçilər Dövlət Sərhəd Xidmətinin (DSX) generallarıdır.

 

 

Demokrat.az-ın xəbərinə görə, istefaya buraxılanlardan general-leytenant Asif Cəbrayılov DSX rəisinin müavinidir.

 

General-leytenant Əsgər Xəlilov isə Sərhəd Qoşunlarının komandanıdır. Eyni zamanda o, DSX rəisinin müavini vəzifəsini tuturdu.

 

İstefaya buraxılan Fərhad Tağı-zadə də DSX rəisinin müavinidir.

 

Xatırladaq ki, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb. 

 

Sərəncamda bildirilir ki, Asif Cəbrayılov, Əsgər Xəlilov və Fərhad Tağı-zadə hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar. (oxu.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top