İlham Əliyev üç generalı təltif etdi

SOSİAL 27 fev 2020, 15:16

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər:

 


Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant

 

Xəlilov Əsgər Sabir oğlu – general-leytenant

 

Tağı-zadə Fərhad Sabir oğlu – general-leytenant.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top