Azərbaycanda koronavirus şübhəsi ilə bağlı 186 nəfər həkim müşahidəsinə alındı

GÜNDƏM 27 fev 2020, 15:48

Səhiyyə Nazirliyi koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınan şəxslərin sayını açıqlayıb.

 

Bu barədə Demokrat.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Məlumatda qeyd olunub ki, səhər saat 10:00 üçün Kiliniki Tibbi Mərkəzin yolxucu xəstəliklər şöbəsində yeddi nəfər, xüsusi ayrılmış tibb müəssisəsində iki, Astara Rayon Mərkəzi xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon xəstəxanasında  91 nəfər həkim müşahidəsinə alınıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top