“Yeni seçkilər təyin olunandan dərhal sonra...” — Qənizadədən seçki AÇIQLAMASI

GÜNDƏM 27 fev 2020, 15:22

Cənab Prezidentin ləğv edilmiş dairələrdə seçkilərin keçirilməsilə bağlı sərəncamı ilə yeni seçkilər təyin olunanda namizədlik məsələsini düşünəcəyəm. Belə hesab edirəm ki, növbəti boş dairələrdə keçiriləcək seçkilərdə iştirak edəcəyəm.

 

Demokrat.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi, keçmiş deputat Çingiz Qənizadə bildirib.

 

Seçiminin yenidən 80 saylı İmişli-Beyləqan seçki dairəsindən olub-olmayacağı ilə bağlı Çingiz Qənizadə qeyd edib ki, bu barədə dəqiqləşdirmə aparmayıb:

 

“Hansı dairədən namizədliyimi irəli sürmək məsələsini yəqin seçkilər təyin edildikdən dərhal sonra müəyyən edəcəm. Amma iştirakım mütləq olacaq”.

 

O, lider namizəd olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrinin ləğvi barədə Mərkəzi Seçki Komissiyasının qərarına hörmətlə yanaşdığını deyib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top