“Fəhlə bazarı”ndakı qadınlardan nazirliyə şərt: 600-1000 manat maaşı olan iş verin

SOSİAL 27 fev 2020, 15:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Maştağa qəsəbəsindəki "Qadınların fəhlə bazarı" ilə bağlı daha bir məlumat açıqlayıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Modern.az-a bildirib ki, qadınlara ödənişli ictimai işlər proqramı əsasında, istərsə müxtəlif müəssisələrdə vakant iş yerlərində göndəriş əsasında işləmək təklif olunub:

 

“Onlara bildirildi ki, çalışacaqları iş yerlərində əmək haqları, digər ailə gəlirləri ailə ehtiyaclarına yetərli olmayacağı təqdirdə ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət də edə bilərlər.


Müxtəlif  KİV-lərə müsahibələrində daimi iş tapmaqda çətinlik çəkdikləri üçün məcbur qalıb günəmuzd işlərə getdiklərini, bu işlərlə çox az qazanc əldə etdiklərini, hətta bəzi günlər heç bir gəlirləri olmadığını bildirsələr də, xanımlar bizə yalnız aylıq 600-1000 manat maaş müqabilində işləyə biləcəkləri şərtini ifadə ediblər”.

 

F.Talıbov qeyd edib ki, hazırda onların münasib işlərlə təmin edilmələri, bir qisminin yaşadıqları ərazi üzrə özünüməşğulluq proqramına cəlb olunmaları üçün işlər davam etdirilir.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top