Türkiyə vətəndaşı Bakı aeroportunda öldü

HADİSƏ 27 fev 2020, 14:05

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölüm hadisəsi baş verib.

 

“Report”un xəbərinə görə, hava limanı ərazisində Türkiyə vətəndaşı, 61 yaşlı Hüsmen Basut naməlum səbəbdən dünyasını dəyişib.

 

Mərhum Türkiyənin Karabük vilayətində dəfn edilib.

 

Bakı şəhəri, Xəzər Rayon Prokurorluğunun əməkdaşları ölümün səbəblərini araşdırır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top