Bakıda marşrut avtobusları dezinfeksiya olunur

SOSİAL 27 fev 2020, 12:45

"Xaliq Faiqoğlu” şirkəti tərəfindən avtobusların həm çöl hissələrinin, həm də salonunun hər gün yuyulub-təmizlənməsi həyata keçirilir.

 

Bu barədə APA-ya şirkətin mətbuat xidmətindən bildirilib.

 

Məlumatda qeyd edilib ki, bununla yanaşı, əvvəlcədən müəyyən edilmiş proqrama əsasən müntəzəm olaraq nəqliyyat vasitələri dezinfeksiya edilir. Bu məqsədlə ixtisaslaşmış təmizlik şirkəti ilə müqavilə imzalanıb və dezinfeksiya, eləcə də kimyəvi təmizləmə prosesi tələblərə uyğun formada həyata keçirilir: "Son vaxtlar dünyada vüsət alan virusla əlaqədar şirkət tərəfindən dezinfeksiya işlərinə diqqət daha da artırılıb və bu həftənin bazar günü saat 10:30-dan etibarən avtobusların yenidən dezinfeksiyası planlaşdırılır".

 

Qeyd edək ki, şirkətin balansında 14 marşrut xətti üzrə 300-ə yaxın avtobus var.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top