Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın — 14 nəfər təxliyə edildi

HADİSƏ 27 fev 2020, 09:43

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 4 ədəd elektrik sayğacı və 2 p.m elektrik naqili yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, yanğın zamanı 4-ü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Demokrat.az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top