Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması xəbərinə RƏSMİ AÇIQLAMA

"Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması xəbəri doğru deyil".

 

Demokrat.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Gürcüstan Baş Nazirinin Administrasiyasından açıqlama verilib.
 

Bildirilib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

 

"Gürcüstanın koronavirus təhlükəsi səbəbi ilə Azərbaycanla sərhədlərini bağlaması ilə bağlı xəbərlər doğru deyil, məhdudiyyət sadəcə İranla gediş-gəlişlərə tətbiq edilib", - deyə açıqlamada bildirilib.

 

Azərbaycanın Gürcüstandakı səfirliyi də APA-nın yerli bürosuna açıqlamasında Azərbaycan-Gürcüstan sərhədlərinin bağlanması ilə bağlı yayılan xəbərləri təkzib edib.

 

Demokrat.az

27 Fevral 2020, 08:51   
SOSİAL bölməsinə aid digər xəbərlər
Loading...
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin