Koronavirusa görə Çempionlar Liqasının oyunları təxirə düşdü

İDMAN 26 fev 2020, 21:23

Asiya Çempionlar Liqasının oyunları ləğv olunub.

 

Demokrat.az xəbər verir ki, koronavirusa görə martda Koreya Respublikasında keçirilməsi planlaşdırılan matçlar təxirə salınıb.

 

ÇL-də iştirak edən yerli klublar - "Seul", "Ulsan", "Suvon" və "Çonbuk"un 3-4 mart tarixlərində evdə oynamalı olduqları matçlar qeyri-müəyyən müddətədək təxirə salınıb. 

 

Qeyd edək ki, Cənubi Koreyada koronavirusa 1 146 yoluxma halı qeydə alınıb. Bunlardan 12-si ölümlə nəticələnib. Epidemiyaya görə yerli çempionatın startı (29 fevral) da təxirə salınıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top