“Açıqlama istədilər, danışa bilmədim...” — Pənah Hüseyn QƏHƏRLƏNDİ

SOSİAL 26 fev 2020, 19:25

"İsgəndər Həmidovun yeri həmişə görünəcək”.

 

Demokrat.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında sabiq baş nazir Pənah Hüseyn keçmiş daxili işlər naziri İsgəndər Həmidovun ölümündən danışarkən deyib. 

 

Pənah Hüseyn danışmağa hazır olmadığını bildirib:

 

"Çox ağır gün oldu. Bu gün mənə aramsız zənglər olub. İsgəndər bəylə bağlı açıqlama isdədilər, amma danışa bilmədim. Dəfndən təzəcə gəlmişəm. Azərbaycan çox görkəmli şəxslərindən birini itirib. İsgəndər Həmidov bir sıra hadisələrə damğasını vurub. Düşünürəm ki, onun yeri görünəcək. Allah rəhmət eləsin”.

 

Qeyd edək ki, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov bu gün - fevralın 26-da vəfat edib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top