Azərbaycanda dəhşətli qətl: Ər arvadını, qaynını və qayınanasını güllələyib, özünü öldürdü

KRİMİNAL 26 fev 2020, 16:55

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

 

Demokrat.az Baku.ws-a istinadən məlumat verir ki, Masallı rayon Təzəkənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib.

 

Daha sonra əlindəki silahla özünə atəş açıb.

 

Hadisə zamanı hadisəni törədən şəxsin həyat yoldaşı və qaynı yerindəcə keçinib.

 

Qayınanasının vəziyyəti isə ağırdır.

 

Hadisəyə həyat yoldaşının ondan boşanmaq istəməsi olub. Məlumata görə, qadının yaxınları evdən mebellərini aparmağa gəliblərmiş.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top