Ərdoğan: "Nə ABŞ, nə də Rusiya Qarabağ məsələsini həll edə bilmədi"

SİYASƏT 26 fev 2020, 18:46

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

 

Demokrat.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu zaman Ərdoğan Türkiyə və Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcminin 2019-cu ildə 4,5 milyard dolar təşkil etdiyini, 2023-cü ildə isə bu rməbləği 15 milyard dollara çatdırmağı hədəflədiklərini bildirib.


Ərdoğan həmçinin Yuxarı Qarabağ məsələsində də Azərbaycanın yanında olduqlarını bildirib: “İşğal altındakı torpaqlar azad edilməli, regiona sülh və inkişaf gəlməlidir. Məlum “Minsk prosesi” bir yayındırma məqsədi daşıyır və 25 ildir ki, davam edir. Bu yayındırma taktikası ilə nə ABŞ, nə də Rusiya Qarabağ məsələsini həll edə bilmədi. Minsk üzvləri indiyə kimi heç bir problemi həll edə bilmədi. Təssüf ki, təkbətək görüşlərin də heç bir nəticəsi olmayıb”. (yeniavaz.com)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top