"Koronavirus "quş qripi"ndən daha təhlükəlidir" — Həkimdən bədbin açıqlama

GÜNDƏM 26 fev 2020, 12:29

"Virusun hüceyrəvi quruluşu olmur, hava və damcı yolu ilə keçir. İnsan bədəninə düşən kimi ağciyər hüceyrəsinin birini dağıdıb içəri daxil olur. Əgər virus şərti adı Əli olan xəstənin bədənində yumrudursa, Vəliyə keçəndə sap formasını alır. 14 gündən bir forma dəyişir. Buna görə də vaksin tapmaq mümkün deyil".

 

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış həkim Vəli Əhmədov deyib.

 

Həkim bildirib ki, koronavirus quş qripindən daha təhlükəlidir: "Quş qrip"i adından da görüldüyü kimi, quşlarda olurdu və aşağı sürətlə yayılırdı. Üstəlik, insanı ölüm həddinə çatdırması üçün müəyyən zaman tələb olunurdu. Amma koronavirusun nədən yarandığı bilinmir, mənşəyi bəlli deyil. O xəstəni qısa müddətdə öldürə bilir. Virusa yoluxan insan qəfil yıxılır, titrəyir və ürəyin funksiyasını dayandırması nəticəsində ölür".

 

V.Əhmədov onu da qeyd edib ki, vitaminlər və gücləndirici dərmanlardan profilaktik tədbir kimi istifadə etmək olar.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top