İsgəndər Həmidov vəfat etdi

HADİSƏ 26 fev 2020, 08:48

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov bu gün dünyasını dəyişib.

 

Demokrat.az xəbər verir ki, bu barədə professor Adil Qeybulla məlumat verib:

 

“Bu gün çox kədərli xəbərlə sizlərə məlumat vermək zorundayam. Milli azadlıq hərəkatının görkəmli nümayəndələrindən biri İsgəndər Həmidovu itirdik. Allah rəhmət eləsin, ruhu şad olsun!”.

 

Qeyd edək ki, yanvar ayının 24-də halı qəflətən pisləşən İsgəndər Həmidov öncə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə, daha sonra isə “Bakı City Hospital”a yerləşdirilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top