Siqaret kötüyü Bakıdakı binada yanğın törətdi — FOTOLAR

HADİSƏ 25 fev 2020, 22:18

Nərimanov rayonunda hündürmərtəbəli binada yanğın baş verib.  


Hadisə Gülarə Qədirbəyova 8-10 ünvanındakı 18 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində qeydə alınıb.  


Əraziyə FHN-in Nərimanov rayonu üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin 4 texnikası və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb.  


İlkin ehtimala görə, yanğın məişət tullantılarına siqaret kötüyünün düşməsindən baş verib.  (Oxu.az)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top