"MSK-da baxılmamış və araşdırılmamış müraciət qalmayıb" — Məzahir Pənahov

SOSİAL 25 fev 2020, 23:23

“Seçkilərə bağlı araşdırma işləri şəffaf keçirilib”. 


Demokrat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, Milli Məclisə seçkilərlə əlaqədar 4 seçki dairəsində səsvermənin nəticələri ləğv edilib: “Kifayət qədər məntəqələrin nəticələri etibarsız sayılıb. Biz lazımi qərarları qəbul etmişik. Bu gün MSK-da baxılmamış və araşdırılmamış müraciət qalmayıb”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top