Yanvarda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlandı

İQTİSADİYYAT 25 fev 2020, 23:54

2020-ci ilin yanvarında Azərbaycandan Türkiyəyə 54 788 turist səfər edib ki, bu da 2019-cu ilin yanvarı ilə müqayisədə 16,83 faiz çoxdur.


Bu barədə Demokrat.az-a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.


Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 3,07 faiz təşkil edib.

 

2020-ci ilin yanvarında Türkiyəyə 1,787 milyon turist səfər edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 16,11 faiz çoxdur.


Qeyd edək ki, 2019-cu ildə Azərbaycandan Türkiyəyə 901 723 turist səfər edib ki, bu da 2018-ci illə müqayisədə 5,03 faiz çox olub. Bu dövr ərzində Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarının payı 2 faiz təşkil edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top