Lənkəranda 30-dan çox uşaq xəstəxanaya yerləşdirilib? — VİDEO

GÜNDƏM 25 fev 2020, 21:36

İranda koronavirusa yoluxanların və ölənlərin sayının artması sərhədyanı rayonlarda əhali arasında narahatlığa, eləcə də, müxtəlif şayiələrin yayılmasına səbəb olub.


Lənkəranda 30-dan çox uşağın koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi barədə yayılan şayiələr də bu qəbildəndir.


Demokrat.az-ın məlumatına görə, Baku.TV-nin əməkdaşları əhali arasında gəzən söz-söhbətlərin nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına baş çəkiblər.


Xəstəxanadan Baku TV-yə bildirilib ki, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.


Müraciətlər qış mövsümünə uyğun yayılmış kəskin respirator xəstəliklərlə əlaqədardır.

 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top