Xırdalanda məktəbli özünü 12-ci mərtəbədən atdı

HADİSƏ 25 fev 2020, 22:57

Xırdalan şəhərində intihar hadisəsi baş verib.

 

Demokrat.az xəbər verir ki, 15 yaşlı Ülvi Ruslan oğlu Cəfərli özünü 12-ci mərtəbədən ataraq intihar edib.

 

İlkin məlumata görə, Ü.Cəfərli həmin binada müəllim yanına gedirmiş. Onun sevdiyi qızla mübahisə etdiyi, sonradan özünü binadan atdığı bildirilir.

 

Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, intihar edən Ü.Cəfərli bir neçə il əvvəl itkin düşməsi ilə mətbuatın diqqət mərkəzində olub.

 

Ü.Cəfərli hazırda 10-cu sinifdə oxuyurmuş. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top