Yaponiyada işçilərə evdən işləmək əmri verildi

DÜNYA 25 fev 2020, 21:50

Yaponiya hökuməti bütün nazirliklərə və dövlət müəssisələrinə işçilərinin evdən işləmələrinə izn verməsi üçün tapşırıq verib.


Demokrat.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa deyib. Onun sözlərinə görə, hakimiyyət bununla koronavirusa yeni yoluxma hallarından qaçmağı planlaşdırır:


"Biz maksimal sayda dövlət işçisini belə iş rejiminə keçiririk ki, metro və qatarlarda insan sayı azalsın".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top