MSK yekun protokolu Konstitusiya Məhkəməsinə göndərdi — YENİLƏNİB

SİYASƏT 25 fev 2020, 22:26

MSK sədri Məzahir Pənahov qurumun qərar layihəsini oxuyub.  

 

Bildirib ki, dairə seçki komissiyasının protokolları qanunla müəyyən olunmuş müddətdə MSK-ya təqdim edilib.  

 

“Sənədlərin Konstitusiya Məhkəməsinə göndərilməsi üçün qanuni əsaslar yaranıb. Protokol dərc edilsin. Qərar dərc edildiyi gündən qüvvəyə minir”, - deyə Məzahir Pənahov əlavə edib.  

 

Sonda MSK sədri, sədrin müavini, katiblər, üzvlər müvafiq sənədlərə imza atıblar. 

 

20:07

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da baş tutmuş növbədənkənar parlament seçkilərinə yekun vurub. 

 

Demokrat.az xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında adıçəkilən məsələ müzakirəyə çıxarılıb.

 

Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokolarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi və MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top