SON DƏQİQƏ! İrandan Azərbaycana gələn 23 nəfər xəstəxanaya yerləşdirildi

HADİSƏ 25 fev 2020, 18:40

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb. 


Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. "İlkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək. Onların əksəriyyəti İrana ziyarətə gedənlərdir", - məlumatda qeyd olunub.


Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədilə sosial şəbəkələr vasitəsiilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top