Yol polisini ələ salan gənclər ərəb mahnısının sədaları altında küçə süpürdülər — VİDEO

HADİSƏ 25 fev 2020, 18:48

Gəncədə 20 DT 709 dövlət nömrə nişanlı Mercedes markalı avtomobillə yol polisini ələ salan videoçarx çəkən şəxlər cəzalandırılıb. 


Demokrat.az xəbər verir ki, görüntülərdə guya yol polisi maşını saxlayıb sürücünün sənədlərini yoxlayır, lakin heç bir qüsur tapa bilmir. 


Sonda ərəb musiqinin sədaları altında rəqs edərək sürücüdən 5 manat pul istəyir.


Bu gün sosial şəbəkələrdə yayılan görüntülərdə isə videonu çəkən şəxslərin əlində süpürgə və ərəb mahnısının sədaları altında küçəni süpürdüyü görünür. (Ucnoqta.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top