Baxçalı: “Dağlıq Qarabağın işğalı dünyanın gözü qarşısında baş verib” — VİDEO

SİYASƏT 25 fev 2020, 18:08

“Dağlıq Qarabağın işğalı dünyanın gözü qarşısında baş verib. Xocalıda beynəlxalq hüququn soyqırımı, hücum, insanlığa qarşı cinayətləri açıq şəkildə törədilib”.

 

“HaberGlobal”ın məlumatına görə, bu fikirləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib:

 

“Xocalı susmayan fəryad, tükənməyən əzab və tükənməyən türk sevdasıdır. 28 ildir Dağlıq Qarabağın Xocalı rayonu türklüyün vicdanında sızıntı, milli ürəklərdə sancıdır. 28 ildir Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır”.

 

MHP lideri qeyd edib ki, Xocalı türkdür, Dağlıq Qarabağ türkdür. 

 

Baxçalının Məmmədhüseyn Şəhriyardan gətirdiyi “Qurd qurdnan dolaşar, itlər it inən” sitatı zaldakılar tərəfindən alqışlarla qarşılanıb. 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top