İcra başçısı kənddə səyyar görüş keçirdi — FOTOLAR

SOSİAL 25 fev 2020, 11:41
Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının tapşırığına əsasən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. 
 
 
Demokrat.az xəbər verir ki, Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Alıxanlı kəndində keçirilib.
 
 
Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.
 
 
Səyyar qəbulda çıxış edən Alı Alıyev qeyd edib ki, cənab Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Cənab Prezident İlham Əliyevin siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır.
 
 
Alı Alıyev həmçinin bildirib ki, cənab Prezident İlham Əliyevin dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirməsi və şəffaflığın artırması, vətəndaşlarla dövlət strukturları arasında bürokratik maneələrin aradan qaldırması həyatımıza şəffaflıq gətirdi.
 
 
Alıxanlı kəndinin ümumi əhalisi 4000 nəfərdi, hal-hazırda 1500 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 3000 nəfərə hər ay 180000 manat vahid aylıq müavinət ödənilir, 8 ailəyə ünvanlı sosial yardım təyin edilib, 12 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Alıxanlı kəndində 21 şəhid ailəsi vardır. Kənd sakinlərindən 430 nəfərə müxtəlif növ  pensiya və müavinət verilir.  Kənd sakinlərindən 198 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.
 
 
Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
 
 
Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
 
 
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə  və ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top