Azərbaycana koronavirus zərbəsi — İran malları bahalaşacaq (VİDEO)

İQTİSADİYYAT 25 fev 2020, 15:45

Qonşu İranda yayılan koronavirusun ölkəmizə keçmə təhlükəsinin olduğunu nəzərə alaraq artıq İranla sərhəddə müəyən tədbirlər görülür.

 

Demokrat.az ATV.az-a istinadla xəbər verir ki, hələlik İrandan ölkəmizə gətirən meyvə tərəvəz və digər məhsullara qadağa qoyulmayıb.

 

Ancaq qadağa olarsa, bizim ölkəmizə hansı təsirləri ola bilər?

 

Daha ətraflı Elşad Bayramoğlunun süjetində tanış ola bilərsiniz.

 

İrandan Azərbaycana il ərzində 415 milyon dollarlıq mal idxal edilir. İxrac isə 32 milyon dollar həcmindədir. İqtisadçı Vüqar Bayramov deyir ki, İran Azərbaycan üçün vacib iqtisadi tərəfdaş ölkədir. Əgər İranla ticarətə məhdudiyyət qoyularsa, müəyyən məhsulların qiymətində artım olacaq.


Azərbaycan bəzi məhsullara olan tələbi İrandan idxal hesabına ödəyir. Burada quru meyvələr, kənd təsərrüfatı məhsulları var. Eyni zamanda yüngül sənaye məhsulları var ki, onların bir qismi Azərbaycandan İrana idxal olunur.

 

Daxili bazarda nisbətən ucuz kənd təsərrüfatı məhsullarının təklifində problem yarana bilər. Bu da xüsusən də kənd təsərrüfatı məhsullarının artmasına gətirib çıxara bilər.

 

Bazarda hələlik İrandan gətirilən quru meyvə və tərəvəzin qiymətində artım yoxdur. Satıcılar isə bildirirlər ki, qadağa tədbiq olunarsa, qiymətlərdə artım baş verəcək.

 

İqtisadçı Vüqar Bayramov əlavə edir ki, İran məhsullarını Türkiyə hesabına əvəzləmək olar. Amma Türkiyədə İrana nisbətən kənd təsərrüfatı məhsuları daha bahadır.

 

Yeri gəlmişəkən, İrandan ölkəmizdəki bəzi ticarət mərkəzlərinə mal gətirilməsi müəvvəqəti olaraq dayandırılıb. Bu barədə ticarət mərkəzlərinin rəhbərləri sahibkarlara xəbərdarlıq edib.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top