Cənubi Koreyada minlərlə insan tibbi maska üçün növbəyə durdu — VİDEO

DÜNYA 25 fev 2020, 10:17

Hal-hazırda Çindən sonra ən çox insan Cənubi Koreyada yeni növ koronavirusa yoluxub.

 

“Daily Mail” xəbər verir ki, ölkədə 833 nəfər xəstəliyə yoluxub, səkkiz nəfər isə onun qurbanı olub.

 

Ən çox yoluxma hadisəsi 2,5 milyon əhaliyə malik ölkənin dördüncü ən böyük şəhəri Tequda təsbit edilib.

 

Həmin şəhərdə dronun çəkdiyi qeyri-adi video sosial şəbəkələri sarsıdıb.

 

Kadrlarda göründüyü kimi minlərlə insan tibbi maska almaq üçün nəhəng növbə yaradıb.

 

Xatırladaq ki, Tequda bütün məktəblər və uşaq baxçaları fəaliyyət göstərmir, kütləvi tədbirlər isə qadağan edilib.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top