Bakıda sərxoş sürücü qəza törətdi — VİDEO

HADİSƏ 25 fev 2020, 08:59

Sürücünün içkili halda avtomobili idarə etməsi üç avtomobilin əzilməsi ilə nəticələnib.

 

Demokrat.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu Əsəd Əhmədov küçəsində qeydə alınıb.

 

Sözügedən küçə ilə hərəkət edən “BMW” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirərək qarşı yolda hərəkətdə olan “As-Samand” və “Kia” markalı minik maşınlarına dəyib.

 

Xoşbəxtlikdən hadisə xəsarətsiz ötüşüb. Hər üç sürücü alkoqol səviyyəsinin təyin edilməsi məntəqəsinə aparılıb.

 

Aparılan müayinə nəticəsində “BMW”nin sürücüsünün sərxoş olduğu müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top