Avtomobili insanların üstünə sürdü — 15 nəfər yaralandı

DÜNYA 24 fev 2020, 21:57

Almaniyanın Folkmarzen şəhərində avtomobilin karnaval iştirakçılarının üzərinə sürülməsi nəticəsində azı 15 nəfər yaralanıb.

 

Demokrat.az xəbər verir ki, polis gümüşü rəngli “Mercedes Kombi” markalı avtomobilin sürücüsünü artıq saxlayıb. Avtomobil dayanana qədər təqribən 30 metr məsafə qət edib. Şahidlərin sözlərinə görə, sürücü avtomobili insanların üzərinə sürdükdən sonra ayağını pedala basmağa davam edib. Onun bunu qəsdən edib-etmədiyi aydınlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top