SOCAR Dubayda beynəlxalq tədbirdə iştirak edir — FOTO

İQTİSADİYYAT 24 fev 2020, 19:33

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fevralın 24-25-də keçirilən “Türkmənistanın neft və qazı” beynəlxalq roudşou tədbirində iştirak edir. 

 

“Report” xəbər verir ki, neft-qaz sektorundakı tendensiyaların müzakirə olunduğu tədbirdə SOCAR sponsorlar arasında yer alıb. 

 

Tədbirdə SOCAR-ı Sərmayələr və marketinq üzrə vitse-prezidentin müavini Ədnan Əhmədzadə təmsil edir. 

 

Konfransda TAPI qaz kəməri, Türkmənistanın qaz-kimya və neft emalı sənayesinin perspektivləri, ölkənin dəniz yataqlarının işlənilməsi və investisiyaların cəlbi və digər məsələlər müzakirə olunur. 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top