"İlham Əliyevlə itirilmiş bütün tarixi torpaqlarımızın əbədi yiyəsi olacağıq" — Fəzail Ağamalı

GÜNDƏM 24 fev 2020, 17:36

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı erməni silahlı qüvvələrinin təxribatı zamanı şəhid olan hərbiçimizlə bağlı başsağlığı verib. 


Demokrat.az Fəzail Ağamalının başsağlığı müraciətini təqdim edir:


"Çox təəssüf hissi və ürək ağrısı ilə qeyd etmək istərdim ki, Qazax rayonunun Ermənistanla sərhəddində öz faşist əməllərindən əl çəkməyən Erməni silahlı qüvvələrinin təxribatı zamanı əsgərimiz İbrahim Ələmşah oğlu Vəliyev şəhid olmuşdur. Şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına səbr diləyirəm.


Azərbaycan şəhid verdikcə mətinləşir, güclənir və hər birimizin torpağa, vətənə, dövlətə bağlılığımız daha da artır. Biz üç əsirdən bu günədək özünün himayəçilərilə torpaqlarımızda qan tökən, torpaqlarımızı işğal edib tarixi torpaqlarımızı günümüzədək işğal altında saxlayan ermənilərə tarixi dərs verəcəyimiz zaman çox da uzaq da deyil.


Biz bu gün güclü Ordumuzla, güclü Liderimizlə, Ali Baş Komandanımız, Prezidentimiz Cənab İlham Əliyevlə nəinki Dağlıq Qarabağı işğaldan azad edəcəyik, həm də itirilmiş tarixi torpaqlarımızın da əbədi yiyəsi olacağıq!


Bir daha bütün ŞƏHİDLƏRİMİZƏ TANRIDAN rəhmət diləyirəm, ruhları şad olsun!


BAŞIN SAĞ OLSUN VƏTƏN!".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top