İranlı nazir rəsmi görüşdə koronavirusu lağa qoydu

DÜNYA 24 fev 2020, 21:04

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin avstriyalı həmkarı Aleksandr Şallenberq ilə görüşdə maraqlı hadisə yaşanıb.


İHA xəbər verir ki, İran XİN başçısı görüşdə koronavirus infeksiyasını lağa qoyub.

 

“And içirəm ki, koronavirusa yoluxmamışam. Koronavirusdan təsirlənməmişəm, salamlaşa bilərik”, - o deyib.

 

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə 12 nəfərin koronavirusdan öldüyünü, 47 nəfərin də infeksiyaya yoluxduğunu təsdiqləyib. (report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top