Prezident İlham Əliyev Sərəncam imzalayıb

SOSİAL 24 fev 2020, 16:11

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev S.G.İlyasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

Demokrat.az xəbər verir ki, bu barədə Prezidentin Mətmuat Xidməti məlumat yayıb.

 

Sərəncamda belə deyilir:


"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Gülmirzə oğlu İlyasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti"

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top