Gəncədən qaçırılan maşın Mingəçevirdə tapıldı — FOTO

HADİSƏ 24 fev 2020, 20:38

Fevralın 20-də gecə saatlarında Gəncə şəhər Gülüstan qəsəbəsi ərazisindən, şəhər sakini Turan Haciyevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə müraciət daxil olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Demokrat.az-a verilən məlumata görə, dərhal polis əməkdaşlarının həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus avtomobili qaçıran şəxsin, əvvəllər məhkum olunmuş, 32 yaşlı Mingəçevir şəhər sakini Məhəmməd Abbasov olması müəyyən olunub.

 

M.Abbasov şübhəli şəxs qismində tutulub, T. Hacıyevə məxsus “VAZ-2107” markalı avtomobil isə Mingəçevir şəhərində müəyyən edilərək maddi sübut qismində götürlüb.

 

İlkin dindirilmə zamanı M. Abbasov nəqliyyat vasitəsini qaçırdığını və özü ilə gətirdiyi saxta dövlət qeydiyyat nişanını avtomobilə bağlayaraq Mingəçevir şəhərinə apardığını bildirib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top